Kapital Bank “Bizdən Biri” təcrübə proqramına start verdi

Maliyyə sektorunun ən fəal işəgötürən təşkilatı olan Kapital Bank daim gənclərin inkişafına, istedadların yetişdirilməsinə böyük önəm verir. Mütəmadi olaraq gənclər üçün müxtəlif təcrübə proqramları, könüllü fəaliyyət istiqamətləri və fərdi inkişaf layihələri təşkil edir.

Bankın təşkil etdiyi növbəti layihə “Bizdən Biri” təcrübə proqramıdır. May ayından etibarən start götürən layihədə iştirak üçün seçilmiş 30 gənc seçilib. Onların hər biri üçün ayrıca hazırlanmış fərdi inkişaf planına uyğun olaraq Kapital Bank-ın müxtəlif strukturlarında peşəkar mentorların dəstəyi ilə təcrübə proqramı keçiriləcək.

Layihənin açılış mərasimində Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov, İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova, Ödənişlər Sahəsinin lideri Fərid Səmədov giriş nitqi ilə çıxış edərək, gənclərə uğurlar arzulayıblar. Həmçinin, IT Infrastruktur departamentinin Texniki dəstək şöbəsinin rəisi Ramin Rəcəbov və bir müddət əvvəl keçirilən “BirCode” təcrübə proqramının iştirakçısı olan, hazırda isə Kapital Bank-ın Gündəlik bankçılıq sahəsinin Backend Developer-ı Sahil Appayev iştirakçılarla öz təcrübə və tövsiyələrini bölüşdülər.

Qeyd edək ki, “Bizdən Biri” layihəsi davamlı olaraq keçiriləcək. Əgər Siz də Kapital Bank-da olan iş mühiti, komanda ruhu, dəyərlər, eyni zamanda karyera qurmaq üçün məsləhətlər, faydalı məlumatlar, məqalələrlə tanış olmaq, həmçinin müxtəlif təcrübə layihələrində iştirak etmək istəyirsinizsə, www.hr.kapitalbank.az portalına daxil olub, qeydiyyatdan keçə və yenilikləri izləyə bilərsiniz.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı