Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Kapital Bank-da vakansiya - BBN

Kapital Bank-da vakansiya

Kapital Bank” namizədləri Pərakəndə satış departamentinin Məsafədən satış və xidmət şöbəsinin Telemarketinq bölməsində kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Bankın qeyri-kredit məhsulların satışı və aktivasiya yönümlü zənglər etmək;
  • Müştərilərə birbank, taksit, debet kart, aktivasiya və s. qeyri-kredit məhsulların satışı və məlumat verilməsi ilə bağlı zənglər etmək;
  • Müştərilərə müxtəlif sorğuların keçirilməsi ilə bağlı zənglər etmək;
  • Müştərilər tərəfindən qeyri-kredit məhsulları ilə bağlı daxil olan müraciətləri cavablandırmaq;
  • Potensial müştəriləri təhlil etmək və rəsmiləşdirilə biləcək məhsulu müəyyən etmək;
  • Potensial müştəriləri Bankın filiallarına yönləndirmək və rəsmiləşmə prosesini sona qədər təqib etmək və s.

Tələblər

  • Ali təhsil;
  • Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
  • Microsoft Office proqramları üzrə biliklər;
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik;
  • Təzyiq altında işləmə qabiliyyəti;
  • Qərar qəbuletmə bacarığı;
  • Kollektivdə işləmə bacarığı;
  • Müştərilərlə danışma qabiliyyəti.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Related posts

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

PAŞA Bank kredit portfelini 5-10 faiz artırmağı planlaşdırır

PAŞA Bank IPO üzrə təqdimat tədbiri keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı