Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Kapital Bank-ın dəstəyi ilə keçirilən Beynəlxalq Autizm festivalı başa çatdı - BBN

Kapital Bank-ın dəstəyi ilə keçirilən Beynəlxalq Autizm festivalı başa çatdı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərafdaşlığı, Kapital Bank-ın dəstəyi ilə həyata keçirilən Beynəlxalq Autizm Konfransı başa çatıb. “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbir 3 gün davam edib.

Konfransda “İnklüziv siniflərdə autizmli şagirdlərə bacarıqların öyrədilməsi barədə tədqiqatlar”, “Təhlükəsizlik bacarıqlarının öyrədilməsinə həsr olunmuş 35 illik tədqiqatlardan öyrənilən dərslər”, “ASP müalicəsində tibbi müdaxilələr”, “Autizmli uşaqlarda yuxu problemləri: etiologiya və davranış perspektivləri” və digər mövzularda seminarlar keçirilib.

Tədbirdə müasir dövrün problem olan autizmlə mübarizə yolları, bu istiqamətdə dövlət və özəl tərəfdaşlığı çərçivəsində atılmalı olan addımlar müzakirə edilib. Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Fərid Hidayətzadə çıxışında qeyd edib ki, Bizim əss fəaliyyət istiqamətimiz bankçılıq olsa da cəmiyyətin inkişafında da rol oynamağa çalışırıq. “Korporativ Sosial Məsuliyyət layihələri hər zaman bankımızın strategiyasının ən vacib istiqamətlərindən biri olub. Autizm müasir dövrün reallıqlarından biridir və bu mövzuda hamımızın məlumatlı olması olduqca vacibdir. Elə buna görə də biz konfransın işini olduqca yüksək qiymətləndirir və bu gözəl missiyada sizinlə eyni yolda addımlayırıq.

İnanıram ki, bu konfrans təkcə elmi müzakirələrlə deyil, həm də cəmiyyətin müxtəlif sahələrində real dəyişikliklərə yadda qalacaq. Müasir dövrün tələbi həm də daha inkluziv cəmiyyətin formalaşmasıdır. Bu istiqamətdə atılan bütün addımlar alqışlanmalıdır”.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az   saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc .

 

 

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı