Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “Nə? Harada? Nə zaman?” çempionatı keçirilib

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” çempionatının qalibləri məlum olub.

27 noyabr 2019-cu il tarixində ABA tərəfindən Banklararası “Nə? Harada? Nə zaman?” çempionatı keçirilib. 12 bankdan 100-ə yaxın əməkdaşın iştirak etdiyi çempionatın qalibi “Kapital Bank” komandası olub.

Belə ki, “Kapital Bank” və “Bank of Baku” komandaları mümkün 36 sualdan 30-na cavab verərək sonda bərabərliyə qalıb. 3 mərhələdən ibarət çempionatda  I və II yerin müəyyənləşdirilməsi üçün komandalara əlavə suallar verilib. Və nəticədə “Kapital Bank” daha çox suala cavab verərək I yerə, “Bank of Baku” isə II yerə layiq görülüb.

“Yelo Bank” komandası mümkün 36 sualdan 28-nə cavab verərək III yerdə qərarlaşıb.

Xatırladaq ki, ötən il keçirilmiş çempionatda “TuranBank” I, “Bank of Baku” II, “Kapital Bank” isə III yerdə olub.

Yarışın ilk 3 yerinin reytinqini diqqətinizə çatdırırıq.

SıraKomandaXal
I“Kapital Bank”30
II“Bank of Baku”30
III“Yelo Bank”28

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır