Kapital Bank “Qadın sahibkarların inkişafı proqramı”na dəstək verir

Kapital Bank ötən il 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində “Women of Azerbaijan” platformasını təqdim etmişdi. Layihə çərçivəsində Azərbaycanda uğurlu qadın sahibkarlar biznes qurmağın yolları, uğur qazanmağın sirləri və öz dəyərli məsləhətləri ilə bölüşürdülər.

Bu il də bayram ərəfəsində Kapital Bank-ın dəstəyi və FemTech-in təşkilatçılığı həmin platformanın tərkibində “Qadın sahibkarların inkişaf proqramı” təqdim edilib. Proqram çərçivəsində startap/biznes ideyası və biznesinin ilkin mərhələsində olan sahibkar xanımlar ehtiyac olan bütün biliklərə yiyələnə biləcəklər. İştirak etmək istəyənlər 3 mart 2022-ci il tarixinədək https://woa.az/ saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Azərbaycan qadını hər zaman öz məğrur xasiyyəti, ailə dəyərlərinə sadiq olması və cəmiyyətin formalaşmasında müstəsna rolunun olması ilə seçilib. Lakin bütün bu xüsusiyyətlərə baxmayaraq ölkədəki qadınlar kişilər ilə müqayisədə sahibkarlıq, karyera inkişafı və rəhbər vəzifələrdə təmsil olunmaları baxımından daha az göstəricilərə malikdirlər. Bu kimi layihələr qadın sahibkarların inkişaf etməsinə müsbət təsir göstərəcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Related posts

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi

“PashaPay” “Red Hearts Award” mükafatı ilə təltif edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı