Aprelin 17-də, saat 11:00-da Kapital Bank ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report”un yaydığı məlumata görə, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında yerləşən baş ofisində baş tutacaq.
Yığıncağın gündəliyinə Bankın 2025-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması, səhmdarlara dividend ödənilməsi, nizamnamə kapitalında mühüm iştirak payı ilə bağlı məsələlərin müzakirəsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb. Bankın nizamnamə kapitalı 265,85 milyon manat təşkil edir. Maliyyə qurumunun əsas səhmdarı PAŞA Holdinq MMC-dir.