Kapital Bank-ın yenilənən Füzuli filialı istifadəyə verilib

“Kapital Bank” filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Füzuli filialının yenilənmiş ofisini istifadəyə verib. Yeni konsepsiya əsasında təmir edilən filial Horadiz şəhəri, 20 Yanvar küç., 12 ünvanında yerləşir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Açılış mərasimində Füzuli rayon İcra Hakimiyyətinin və Kapital Bank-ın baş ofisinin əməkdaşları, dövlət rəsmiləri, ictimai xadimlər və digər qonaqlar iştirak edib. Kapital Bank-ın yeni konsepsiya əsasında təmir edilən Füzuli filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır