“Kapital Bank” tərəfindən 2024-cü ildə ötən il üzrə 176 milyon manatlıq divident ödənilib”.
Bunu “Kapital Bank”ın İdarə Heyətinin üzvü Emin Məmmədov 11 ayın yekunlarına dair mətbuat konfransında bildirib.
“Bu ilin oktyabr ayına olan nəticələrinə əsasən, bankın aktivləri 10,1 milyard manata çatıb. Bu isə ötən ilin eyni dövrünə müqaisədə 15% çoxdur” deyə E.Məmmədov qeyd edib.