Home » Kapital bazarında əlverişli vergi mühiti formalaşır

Kapital bazarında əlverişli vergi mühiti formalaşır

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Kapital bazarında əlverişli vergi mühitinin formalaşdırılması istiqamətində 13 may 2022-ci il tarixində Vergi Məcəlləsində bir sıra dəyişikliklər edilmişdir.

Dəyişikliklərə əsasən 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilir. Bu dəyişiklik, qiymətli kağızların kütləvi təklifinin və fond birjasında listinqin stimullaşdırılmasına öz töhvəsini verəcədir.

Digər dəyişiklik istiqrazlar üzrə ödənilən diskont və faiz gəlirlərindən verginin hesablanması qaydasının qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması və əsas meyar kimi istiqraz mülkiyyətiçisinin həmin istiqraza malik olduğu günlərin sayının nəzərə alınmasıdır. Bu dəyişiklik istiqrazlar üzrə diskont və faiz gəlirlərindən formalaşan vergi yükünü optimallaşdırmaqla investorların kapital bazarında fəal iştirakını və investor bazasının genişləndirilməsini stimullaşdıracaqdır. Eyni zamanda hüquqi şəxslər tərəfindən istiqrazlar üzrə əldə edilən faiz gəlirlərinin ödəmə mənbəyində deyil, ümumi mənfəətdə bəyan edilməsi və ödənilməsi müəyyən edilmişdir.

Qeyd edilən dəyişikliklər birjadankənar bazarın kiçilməsi və fond birjasında bağlanan əqdlərin sayının artması fonunda bazarın şəffaflığının yüksəlməsinə və investorların kapital bazarında iştirak imkanlarının genişləndirilməsinə əhəmiyyətli töhfə verəcəkdir.

Bakı Fond Birjası tərəfindən qiymətli kağızlar bazarının dayanıqlı inkişafının təmin edilməsi, korporativ qiymətli kağızlar seqmentinin canlandırılması, bazar iştirakçılarının və fond birjasında listinqin stimullaşdırılması, eyni zamanda kapital bazarı sahəsində maliyyə savadlığının artırılması üzrə davamlı tədbirlər həyata keçirilməkdədir

Bununla əlaqədar olaraq bütün emitentləri yuxarıda sadalanan vergi güzəştlərindən yararlanmağa və Bakı Fond Birjasında listinqə daxil olmağa dəvət edirik. Emitentlər bu istiqamətdə Bakı Fond Birjasında fəaliyyət göstərən Listinq Məsləhət Proqramına müraciət etməklə yararlana bilərlər. Qiymətli kağızların buraxılışı vasitəsi ilə maliyyələşmək istəyən və bu istiqamətdə dəstəyə ehtiyacı olan şirkətlərə bu proqram çərçivəsində qiymətli kağızların buraxılışı müddətində tam dəstək verilir və ödənişsiz xidmət göstərilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.