Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Kapital Bazarının İnfrastrukturu” mövzusunda seminar - BBN

“Kapital Bazarının İnfrastrukturu” mövzusunda seminar

7 iyun 2024-cü il tarixində Bakı Fond Birjası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) birgə təşkil etdiyi “Kapital Bazarının İnfrastrukturu” mövzusunda seminar keçirilmişdir. Seminarda AFBİA-nın üzv şirkətlərinin rəhbərləri iştirak etmişdir.

Seminar, Rusiya fond bazarının qurucularından biri, Maliyyə Bazarı Şurasının sədri, “Investment Partners” şirkətinin sahibi, “NP RTS” Assosiasiyasının Direktorlar Şurasının sədri, “Alor” Şirkətlər Qrupunun təsisçisi Qavrilenko Anatoliy Qriqoryeviç və onun rəhbərlik etdiyi heyət tərəfindən keçirilmişdir.

Seminar zamanı Rusiya kapital bazarının keçdiyi inkişaf yolu, bazar işitrakçılarının inamının artırılması üçün həyata keçirilməsi mümkün olan strateji dəyişikliklər, bu sahə üzrə beynəlxalq təcrübə, eləcə də yerli kapital bazarının cari vəziyyəti, İPO (ilkin kütləvi təklif) imkanları, maliyyə savadlılığının artırılması haqqında müzakirələr aparılmışdır.

Sonda seminar iştirakçıları arasında fikir mübadiləsi edilmişdir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı