Karyera festivalında “Məzunların məşğulluq reytinqi” platforması barədə məlumat verilib – Foto

“Məzunların məşğulluq reytinqi” platforması universitetlərə məzunların məşğulluq göstəricilərini geniş təhlil etməyə imkan verir”. Bu fikirləri Bakı Mühəndislik Universitetində (BMU) keçirilən karyera festivalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli səsləndirib.

Sədr Agentliyin gördüyü işlər barədə məlumat verib, bu gün əmək bazarında çox ciddi transformasiyaların baş verdiyini, yanaşmaların dəyişdiyini qeyd edib, tələbə və məzunlara bu dəyişikliklərə uyğunlaşmaqla bağlı tövsiyələrini çatdırıb. Bu baxımdan universitetlərdəki karyera mərkəzlərinin fəaliyyətinin strateji əhəmiyyətini önə çəkən M.Abbasbəyli bu mərkəzlərin inkişafı, tələbə və məzunlarla daha ciddi iş aparılması üçün Dövlət Məşğulluq Agentliyinin standartlar formalaşdırdığını və artıq bir çox universitetlərdə bunun tətbiq olunduğunu qeyd edib.

Azərbaycanın bütün ali təhsil ocaqlarının tələbə və məzunları üçün açıq olan festivalda 104 nüfuzlu şirkət tərəfindən 1000-dən artıq aktiv vakansiya və təcrübə proqramları təqdim edilib.

2500-dən artıq məzun və tələbənin qeydiyyatdan keçdiyi, ümumilikdə 5000-ə yaxın iştirakçının qatıldığı karyera festivalı çərçivəsində interaktiv fəaliyyətlər, oyunlar, əyləncəli təcrübələr təşkil olunub, tanınmış müğənnilərin ifasında musiqi nömrələri tədqim edilib.

Related posts

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

DSMF-nin xərcləri 13,6% artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı