Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Keçid iqtisadiyyatı: nəzəri-empirik baxış bucağı - BBN

Keçid iqtisadiyyatı: nəzəri-empirik baxış bucağı

Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunda Azərbaycan Respublikasının Baş nazirinin müşaviri iqtisad elmləri doktoru Elman Rüstəmovla görüş keçirilib.

Tədbiri İqtisadiyyat İnstitutunun baş direktoru professor Nazim Müzəffərli açaraq qonağı gənc tədqiqatçılar və doktorantlara təqdim edib. Sonra Elman Rüstəmov “Keçid iqtisadiyyatı: nəzəri-emprik baxış bucağı” mövzusunda çıxış edib. Elm sahəsinə marağı və apardığı tədqiqatlar barədə məlumat verən E.Rüstəmov SSRİ-nin dağılması səbəbləri, sosialist iqtisadiyyatının çatışmayan cəhətləri və onu geri salan iqtisadi səbəblər, 1990-cı illərdəki sosial-iqtisadi böhran, keçid dövrünün başlıca xüsusiyyətləri, problemləri barədə danışıb. Bu məsələləri klassik iqtisadi nəzəriyyələr əsasında dəyərləndirib. İqtisadiyyatın dövlət tənzimlənməsi, dövlətin iqtisadiyyatdakı rolu və ölkədə makroiqtisadi sabitliyin təmin olumasına dair mülahizələrini bölüşüb.O, keçid dövrünün sosial-iqtisadi problemlərini həll edən müstəqil Azərbaycanın uğurlu siyasi, hüquqi və iqtisadi islahatlar nəticəsində müasir inkişaf səviyyəsinə gəlib çıxdığını qeyd edib.

Sonra suallar cavablandırılıb. İqtisadi artıma təsir edən başlıca amillər, makroiqtisadi sabitlik, inflyasiya, milli valyutanın məzənnəsi, bank sektorunun dayanıqlığı, Mərkəzi Bankın funksiyaları, maliyyə siyasəti və iqtisadi aktivlik, faiz, kredit və pul siyasəti, iqtisadiyyatın dövlət tənzimlənməsinin sərhədləri, liberallaşma və digər məsələlər geniş müzakirə olunub.

Mənbə: AZƏRTAC

Related posts

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) və Azərbaycan Dövlət İqtisad Universiteti pilot layihəyə start verdi

Vüsal Xanlarov: Süni intellektin təhsildə tətbiqi hələ sual altındadır

Media nümayəndələri üçün Cənubi Qafqazda yeni sülh arxitekturasına dair təlim keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı