Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Kiberdələduzlar tərəfindən “milliodeme.net” saxta ödəniş portalı yaradılıb – Xəbərdarlıq - BBN

Kiberdələduzlar tərəfindən “milliodeme.net” saxta ödəniş portalı yaradılıb – Xəbərdarlıq

Kiberdələduzlar tərəfindən “milliodeme.net” saxta ödəniş portalı yaradılıb.

BBN.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, portal vasitəsilə vətəndaşlara kommunal ödənişlərin həyata keçirilməsi vədi verilir. Vətəndaşlardan portalda qeyd olunan bölmələrə daxil olduqdan sonra onlardan, ilk növbədə, abonent kodunu, daha sonra fərdi və bank kartı məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-səhifələrə etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi, yalnız rəsmi ödəniş portalları vasitəsilə ödəniş etməyi tövsiyə edir.

Related posts

Bankların biznes kreditləri üzrə təminatlılıq səviyyəsi məlum olub

AIIB Bakı metrosu ilə bağlı 180 mln. dollarlıq krediti təsdiqləyib

İsmayılov Rəşad Sahil oğlu ekologiya və təbii sərvətlər naziri təyin edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı