Home » “Kibertəhlükəsizlik çərçivəsində yeni və radikal yanaşmalar, cari və gələcək risklər” mövzusunda tədbir keçirilib

“Kibertəhlükəsizlik çərçivəsində yeni və radikal yanaşmalar, cari və gələcək risklər” mövzusunda tədbir keçirilib

by yunus
0 comments 5 views 1 minutes read

2 iyun 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə CTM 360 şirkəti tərəfindən “Kibertəhlükəsizlik çərçivəsində yeni və radikal yanaşmalar, cari və gələcək risklər” mövzusunda tədbir təşkil edilmişdir.

“CTM360 –  Xarici Hücum Səthinin İdarəedilməsi (EASM), Rəqəmsal Risklərin Qorunması (DRP), Kiber Təhdid Kəşfiyyatı (CTI), Brend Qorunması və Anti-phishing tədbirləri, Açıq, Dərin və Qaranlıq Veb monitorinqi, Təhlükəsizlik Reytinqləri, Üçüncü Tərəf Risklərinin İdarəolunması və Limitsiz Məzmunun Silinməsi (Takedown) kimi xidmətləri bir arada təqdim edən vahid xarici təhlükəsizlik platformasıdır.”

Tədbir çərçivəsində CTM 360 şirkətinin təsisçisi və baş icraçı direktoru Mirza Asrar Baig tərəfindən Azərbaycanda biznes nümayəndələri və fərdi şəxslərə təsir göstərə biləcək kibercinayətkarlıq taktikaları, 2025-ci il üzrə fırıldaqçılıq meyilləri ilə bağlı proqnozlar, eləcə də bu halların qarşısının alınması üçün görülən  tədbirlər barədə fikir mübadiləsi aparılmışdır.

Tədbirin məqsədi kibertəhlükəsizlik sahəsində qlobal yanaşmalar və müasir risklər barədə məlumatlılığı artırmaq, iştirakçılara bu istiqamətdə qabaqlayıcı tədbirlərin vacibliyini çatdırmaq olmuşdur.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

 

Ətraflı məlumat üçün:  https://www.ctm360.com/

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.