Kiçik biznesin əl işləri sərgidə nümayiş olunacaq

12-14 sentyabr tarixlərində “Bulvar Hotel Bakı”da keçiriləcək sərgidə sahibkarlar öz əl işlərini 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisində (“Gift & Promo 2019”) təqdim edəcəklər.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) tərəfdaşlığı ilə yaradılacaq xüsusi stenddə əsasən mikro və kiçik bizneslə məşğul olan qadın sahibkarların əl işləri nümayiş olunacaq.

Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və s. sərgilənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır