“Kiçik sahibkarların yaratdıqları” adlı sərgi keçiriləcək

İqtisadiyyat Nazirliyi və Sahibkar Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanların əl işlərindən ibarət “Kiçik sahibkarların yaratdıqları” sərgisi keçiriləcək. BBN.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sərgi 7 dekabr 2017-ci il tarixində saat 11:00-dan etibarən Bakı Biznes Mərkəzində baş tutacaq.
Qeyd edək ki, sərgidə kiçik sahibkarların əl işləri – rəsmlər, suvenirlər, bijuteriyalar, oyuncaqlar, ağacdan oymalar və s. nümayiş olunacaq və satışı həyata keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır