“Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans və sərgi-satış yarmarkası keçirilib

Fevralın 27-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində 300-dən çox sahibkarın iştirakı ilə “Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans və kiçik sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçirilib.

 

Tədbirdə iri şirkətlərin nümayəndələrinin kiçik biznes layihələrinə dəstəyi istiqamətində çıxışları dinlənilib, “ABAD” layihəsi, özünüməşğulluq proqramı, habelə kiçik sahibkarların təklif etdiyi iş və xidmətlərə dair təqdimatlar keçirilib. Sahibkarlar belə tədbirlərin sahibkarlıq fəaliyyətinin genişlənməsində əhəmiyyətini vurğulayaraq, özəl bölmənin inkişafı üçün yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra tədbir iştirakçıları kiçik sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin nümayiş olunduğu sərgi-satış yarmarkası ilə tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır