“Rabitəbank”ın kiçik və orta sahibkarlara verilən kreditlərinin həcmi 22 mln. AZN-ə yaxın olub

İlin əvəllindən iyun ayının 1-nə kimi “Rabitəbank” ASC kiçik və orta sahibkarlara ümumilikdə 21 849 834 AZN məbləğində kredit verib.

Bankdan BBN.az verilən məlumata əsasən, kreditlər əsasən ticarət və xitmət, sənaye və istehsal, kənd təsərrüfatı sahələrinə yönəlib.

Bundan əlavə, bankın 25 illik yubiley tədbirlər planı çərçivəsində “Rabitəbank”ın “Biznes Kreditləri” məhsulu üzrə kredit faizləri 19%-dan 17% edirilərək müddəti 24 aydan 36 ayadək uzadılıb. Kampaniya çərçivəsində indi müştərilər 1.000.000 AZN-dək biznes kreditlərini bank komissiyası 0% olmaqla əldə edə bilərlər.

“Biznes Kreditləri” məhsulu üzrə kampaniya 31 iyul tarixinədək davam ediləcəyi bildirilir.

Belə ki, tədbirlər planı çərçivəsində digər kredit məhsulları üzrə endirimli kampaniyalar artıq start götürüb. İlin sonunadək digər kampaniyaların həyata keçirilməsi də planlaşdırılır.

“Biznes Kreditləri” məhsulu haqqında ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır