Kimlər kredit tarixçənizi icazəsiz əldə edə bilər?

Yeni qanunvericilik aktı olan “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, kredit tarixçəsinin subyekti tərəfindən məlumat istifadəçisinə öz kredit tarixçəsini təşkil edən məlumatın kredit bürosundan alınmasına razılıq verilməlidir.

Razılıq olmadan bu məlumatları əldə edəcək subyektlər isə aşağıdakılardır:

  • müvafiq qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanları;
  • məcburi icra orqanı;
  • əməliyyat-axtarış fəaliyyətinin subyektləri;
  • nəzarət orqanı (kredit tarixçəsi subyektinin nəzarət orqanına daxil olmuş şikayətin araşdırılması üçün);
  • notariuslar (borc müqavilələrin, vəsiyyətnamələrin təsdiqi və vərəsəlik işləri üzrə);
  • kredit tarixçəsi subyektinin vərəsələri (varisləri).

Kredit tarixçəsinin subyekti ilə əlaqədar rəsmi nəşrlərdə, rəsmi informasiya resurslarında və digər rəsmi mənbələrdə ümumi istifadə üçün açıq olan məlumatların açıqlanması zamanı isə məlumat sahibinin razılığı tələb olunmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır