1
2024-cü ilin yanvar-iyun aylarında Kiprin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 372 milyon 866 min dollara bərabər olub.
BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə 3,1% və ya 11 milyon 699 min dollar azdır.
Qeyd edək ki, 2023-cü ilin birinci yarısında Kiprin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 384 milyon 565 min dollar təşkil edib. Hesabat dövründə Azərbaycana ən çox investisiya yatıran ölkə Birləşmiş Krallıq (913 milyon 293 min dollar) olub.