Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Klaus Müller: "Mobil pul kisələri ilə təcrübə telekomları fintexlə tərəfdaşlıqda daha ehtiyatlı edib" - BBN

Klaus Müller: “Mobil pul kisələri ilə təcrübə telekomları fintexlə tərəfdaşlıqda daha ehtiyatlı edib”

Mənbə: report.az

Telekommunikasiya şirkətləri ilə fintex sektoru arasında əməkdaşlıq mümkündür, lakin bu proses müəyyən narahatlıqlar da yaradır.

Bunu “Bakcell” MMC-nin baş icraçı direktoru Klaus Müller “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” İnnovasiya Sammiti çərçivəsində təşkil olunan “Fintex, telekommunikasiya və bank işi – sahələr arasında sinerjinin öyrənilməsi” adlı panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, uğurlu qarşılıqlı əlaqənin əsas şərti vahid ünsiyyət dilinin və tərəflərin qarşılıqlı gözləntilərinin düzgün anlaşılmasıdır:
“Bir neçə il əvvəl əməkdaşlığın nümunəsi mobil pul kisəsi idi. Bir çox istifadəçilər hələ də düşünürlər ki, bu xidmətin içində telekommunikasiya komponenti mövcuddur. Çünki əməliyyat telefon vasitəsilə baş verir. Amma əslində bunun üçün nə mobil şəbəkə, nə də baza stansiyası tələb olunmur. İlk illərdə mobil pul kisələri həqiqətən telekomlarla əlaqəli idi, çünki ödəniş məlumatları SIM kartda saxlanılırdı. Lakin sonradan “Apple” və “Google” modeli dəyişdilər və məlumatlar telefonun əməliyyat sistemində saxlanmağa başladı. Beləliklə, telekommunikasiya şirkətlərinin gətirdiyi dəyər əvəz olundu”, – K. Müller qeyd edib.

O əlavə edib ki, telekommunikasiya şirkətləri fintex layihələrinin inkişafının ilkin mərhələlərində inkubator rolunu oynaya bilərlər. Lakin süni intellekt və böyük məlumatlar (“big data”) sahəsində şirkətlərin böyüməsi ilə onların rolu azalır:
“Müəyyən mərhələdən sonra telekomların süni intellekt-modelləşdirmə və böyük məlumatlar sahəsindəki töhfəsinin əhəmiyyəti getdikcə azalır. Əlbəttə ki, əməkdaşlıq üçün başqa istiqamətlər ola bilər, lakin məhz bu seqmentlərdə telekommunikasiyanın rolu zəifləyir”, – “Bakcell”in baş icraçı direktoru vurğulayıb.

Related posts

Anthropic ofis üçün süni intellekt alətlərini genişləndirir

“eBay” 800 işçisini ixtisar edəcək

Nvidia-nın gəliri 73 faiz artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı