Müəllif: Elnur İslamov İlham oğlu,
Azərbaycan Françayzinq Mərkəzi MMC-nin direktoru və eksperti,
ABTM-nin Layihələr üzrə meneceri və eksperti
GİRİŞ
Qlobal iqtisadi çağırışlar qarşısında uğurlu aparılan milli islahatlar
Dünyada baş verən iqtisadi, siyasi və hərbi kataklizmalar artıq inkişaf etməkdə olanla yanaşı inkişaf etmiş ölkələrin də hökümətlərin ciddi və təxirəsalınmaz tədbirlərin alınması ən prioritet məsələlər arasındadır. Bu tədbirlər arasında ən vaciblərindən milli iqtisadiyyatların qorunması üçün dayanıqlı bizneslərin formalaşması, idxaldan asılılığın azaldılması, sahibkarlığın təşviq edilməsi, sağlam rəqabət mühitinin yaradılması və s. istiqamətdə islahatlardır. Qlobal konyukturadan Azərbaycanın makro iqtisadiyyatı, məşğulluğu, vergi tənzimləmələri, infrastruktur və xarici investisiyaların cəlb edilməsi və s. istiqamətlərə də təsirsiz ötüşmür. İqtisadiyyatın can damarlarından olan Kiçik və Orta Bizneslərin (KOB) iqtisadiyyatın diversifikasiyası baxımından da xüsusi əhəmiyyətə sahibdir. Belə ki, Dövlət Statistikası məlumatına istinadən 2021-ci ilin sonu vəziyyətinə ölkədə rəsmi qeydiyyata alınmış mikro, kiçik və orta (MKO) sahibkarlıq subyektlərinin sayı 2020-ci ildəkinə nisbətən 10,2 % artaraq 1 244 853 vahidə çatmışdır. Eyni zamanda 2021-ci ildə ləğv olunmuş MKO sahibkarlıq subyektlərinin sayında 2 dəfəyə yaxın azalma müşahidə olunmuş və il ərzində 12 011 vahid ləğv edilmişdir.
Mənbə: Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq statistik məcmuə – 2022
Məlum olduğu kimi, ölkə iqtisadiyyatında KOB-ların payının artırılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da nəzərdə tutulmuşdur. Qeyd olunan tədbirlər çərçivəsində sahibkarlığa dəstək mexanizmləri barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi üçün vahid informasiya resursunun yaradılması və əlçatanlığının təmin olunması, maliyyə dəstəyinin həcminin artırılması, KOB-ların iri ticarət şəbəkələrinə çıxışının genişləndirilməsi üçün dəstək mexanizmlərinin tətbiq edilməsi, satış imkanlarının genişləndirilməsi üçün onların yerli və beynəlxalq sərgilərdə istirakının dəstəklənməsi, sahibkarlara dəstək yönümlü infrastrukturların (KOB Dostu və KOBİM) genişləndirilməsi və s. işlərin görülməsi planlaşdırılmışdır.
Ölkə rəhbərinin bu yöndə məqsədyönlü siyasətini İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Qida Təhülükəsizliyi Agentliyi (AQTA) və aidiyati digər qurumlar tərəfindən qarşılıqlı və koordinasiyalı şəkildə uğurla icra edildiyini müşahidə edirik. Sözü edilən tədbirlərlə arasında plan və faktiki reallaşanlara arasında Sürətlə aparılan fundamental islahatlar arasında xüsusi qeyd edə biləcəklərimiz:
- Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA)-nın KOB Evləri, KOB Dostu, KOBİM və s. tədbirlərini;
- Sahibkarlığın İnkişaf Fondu (SİF) və İpoteka və Kredit Zəmanət Fondu (İKZF)-nın maliyyə əlçatanlığını;
- Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dövlət satınalmalarındakı şəffavlığını;
- DGK-də aparılan antikorrupsiya tədbirlərini və rəqəmsal asan gömrükləmə islahatlarını;
- AQTA-nın qida istehsalçılarının asan müraciət və mübafiq sənədləşməsini;
- Mərkəz Bankın real iqtisadi və ictimai sektorla biznes-dövlət dialoqunu;
- Cənab İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirməliyik” təşəbbüsü ilə ölkədə nazirliklər başda olmaqla əksər dovlət qurumlarında uğurla aparılan kadr islahatlarını və “Yüksəliş” kimi istedadlı idarəçiləri yetişdirmə platformasını nümunə çəkmək mümkündür.
Sözü edilən tədbirlərə həmçinin dolayı əlaqəsi olan Azərbaycan İnvestisiya Holdinq (AİH)-in artıq bəzi dövlət müəsissilərinə (SOCAR, ADY və s.) korporativ idarəetmə sistemlərin tətbiqi ilə effektiv, şəffav, dayanıqlı maliyyə yönümlü idarəetmələrini, ölkənin işgüzar (MICE) turizm yönümlü tanıdılması çalışmalarını xüsusi vurğulamaq məqsədəuyğun olardı. Belə ki, bu islahatların nəticəsində KOB-ların dövlət satınalmalarında daha şəffav və sağlam rəqabət aparılması üçün şərait yaradılmışdır.
Qlobal iqtisadi təsirlər qarşısında milli bankçılığın məhdudiyyətləri
Bir ölkənin bankçılıq sahəsi milli iqtisadiyyatın lokomotividir demək ölkənin əsas sütünlarından olan və iqtisadi dəyər yaradan sahibkarların maliyyə dayanıqlılığının təmin edilməsidir. Hökümətin elektron və rəqəmsal islahatları bank sahəsinə də maliyyə texnologiyaları (fintech və techfin) həllərin geniş vüsət almağa başladığını müşahidə edirik.
Bankların əsas məhsulunun pul vəsaiti olduğunu nəzərə alaraq, eyni pul ilə bağlı rəqabətin aparılması həqiqətən də asan deyil. Bəlkə də bu səbəbə görə əksər banklarımızın yaxşı müştəri portfelini müştəri yönümlü maraqlı və asan həllər yerinə daha rahat yolla rəqib banklardan cəlb etdiyi kadrların loyal müştəriləri ilə formalaşdırırlar. Bank kadrının peşəkarlığı, geniş müştəri portfelinin və s. səciyyəvi xüsusiyyəti təbii ki, müsbət haldır. Ancaq Bankın korporativ brendini formalaşdıran fundamental dəyərlərini, o cümlədən bankın müştəri yönümlü sistemi, müştəri əlaqələrin idarə olunması (CRM), biznes və proses avtomatlaşdırma, maraqlı və sürətli həllər formalaşdırmalıdır. Bu eyni zamanda qabaqçıl dünya bankları ilə bençmarkinq aparılmasına və ölkədəki ümumi bankçılğın innovativ inkişafına böyük töhfə verəcəkdir.
KOB bankçılığı ilə dayanıqlı biznes və milli brendlərin
yaradılmasının təşviq etmə modeli – FRANÇAYZİNQ DƏSTƏK PROQRAMI (FDP).
PROQRAMIN MƏQSƏDİ:
Ölkədə dayanıqlı bizneslərin və milli brendlərin formalaşmasının dəstəklənməsi məqsədi ilə:
- Dünyada uğurla icra olunan françayzinq biznes modelin yerli şirkətlər arasında tanıdılması,
- Biznes/maliyyə dayanıqlılığı olan yerli şirkətlərə françayzinq modelin tətbiq edilməsi,
- Uğurlu, qazandıran və riski az bizneslərə yatırım etmək istəyən investorlar arasında françayzinqin tanıdılması,
- Françayzinq bizneslərinə xüsusi Müştəri Proqram Təminatı (CRM) ilə françayzi-investorların cəlb olunması,
- Milli brendlərin ən nüfüzlu françayzinq platformalarında (marketplace) təşviqat və təbliğat işləriylə milli franşıza brendlərin ixrac edilməsi,
- SİF-in müvəkkil bank(lar)ın françayzi-investorlara güzəştli şərtlərlə françayzinq dəstək kreditlərin verilməsi,
PROQRAMIN FAYDASI:
Biznes/maliyyə dayanıqlılığı olan yerli sahibkarlar nə əldə edir?
- Satış/xidmət şəbəkələrin genişləndirilməsinə françayzi-investorların rahat cəlb edilməsi,
- Biznes konsepsiyanın satışı ilə əlavə gəlir,
- Əsas xammalın və dəstəkçi xidmətlərin satınalma həcminə görə vahidbaşı qiymətlərin düşməsi ilə azalan ümumi xərclər,
- Şəbəkənin genişləndirilməsi (biznes inkişaf) üçün investisiyanın cəlb edilməsi rahat və xərcsiz,
- Yeni (coğrafi) bazarlara çıxış və sürətli tanıdılma (promotion),
- İstehlakın artırılması ilə istehsalın artırımı, böyüyən biznes və bazar payı,
- Yeni şəbəkə – əlavə satış kanalı,
- Brendin bazarda tanınması, əsas və əməliyyat xərclərin azaldılması, mənfəətin artması, yeni iş yerləri açılması və s. rəqabətədavamlı və dayanıqlılığı biznesə transformasiya,
- Şəbəkənin satış dövriyyəsindən (royalti) əlavə gəlir,
- Həmən coğrafi ərazidə brendin qorunan müstəsna hüquqları,
- Şəbəkələrdəki istehlak davranışları (alışlar) və müştəri sorğuları ilə bazar araşdırması aparılması imkanı,
İnvestor-françayzilər nə əldə edir?
- Dəyərli təcrübə əldə edir, sınaqdan keçmiş və riski az biznes,
- Tanınmış brendə görə rahat cəlb olunan loyal müştəri,
- Korporativ standartlar və idarəetmə sistemi,
- Marketinq, İR, Təchzat, Mühasibatlıq, Hüquq, Satınalma, Proqram təminatı (ERP) və s. biznesə birbaşa və dolayı təsir edici dəstəklər,
A -Marketinq (zəng mərkəzi, smm, sayt və s.) müştəri xidmətləri və cəlb etmə alətləri,
B- İşçilərin cəlb edilməsi, təlimləndirilməsi, adaptasiyası kimi İR dəstəkləri,
C- Biznesə daima peşəkar komanda dəstəyi,
D- Bütün satınalmalarda (xammal, marketinq və s.) güzəştli alma imkanı,
E- Təchizat və logistika işlərin düzgün qurulması,
F- Bahalı proqram təminatı yerinə əməliyyatını əlavə simvolik (abunəçilik) ödənişlə istifadəçi kimi istifadə imkanı - İşlək biznesə banklar tərəfindən investsiyanın müəyyən hissəsinin maliyyəşdirilməsi rahatlığı,
Tərəfdaş/müvəkkil banklar nə əldə edir?
- Mövcud müştərilərin qorunması və yeni müştərilərin cəlb edilməsi,
- Kredit portfelinin riskinin minimumlaşdırılması,
- Müştəri başına düşən mənfəətin sürətlə artırılması.
- Digər bank məhsulların (çarpaz) satışı:
- françayzinq şəbəkələri arasında invoysların maliyyələşdirilməsi / faktorinq məhsulların satışı,
- işçilərə və müştərilərə plastik kart (maaş, debit, kredit və s.),
PROQRAMIN İDARƏETMƏSİ:
Proqram təşəbbüskarı (Elnur İslamov İlham oğlu)
- Aidiyyatlı dövlət qurumlarla (SİF, KOBİA və s.) işlərin koordinasiyası,
- Proqramın tanıtım seminarların təşkili,
- Biznes/maliyyə dayanıqlığı və françayzinq potensialı olan yerli şirkətlərlə işlərin koordinasiyası,
- Françayzinq tətbiqi ilə bağlı konsaltinq xidmətləri.
PROQRAMIN TƏRƏFDAŞLARI :
İxtisaslaşmış Bank Peşə Birliyi (Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) /Azərbaycan Banklar Assosiasiyası (ABA))
- Proqrama Banklar arasında tanıdılması və ümumi koordinasiya işlərin aparılması
Sahibkarlığın Kreditləşdirilməsi Dəstəyi verən qurum (Sahibkarlığın İnkişaf Fondu (SİF))
- Françayzinq (dəstək) kreditinin müvəkkil bank vasitəsi ilə güzəştli şərtlərlə verilməsi
Kiçik və Orta Biznesin İnkişafına dəstək olan qurum (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA))
- Təqdim olunacaq françayzinq biznes modelin tətbiqi ilə bağlı konsaltinq xidmətlərinin maliyyələşdirilməsi (KOBİM)
- Növbəti “Caspian International Franchise Forum”tədbirində Proqram iştirakçısı françayzinq brendlərin sərgilənməsi
- Dünyanın aparıcı françayzinq sərgilərində milli brendlərin
TƏDBİRLƏR PLANI
1. Ölkənin müxtəlif sahələr üzrə biznes/maliyyə dayanıqlılığı* olan və françayzinq biznes modeli ilə böyüyə bilən milli brendlərin (~20) siyahısının tərtib edilməsi və rəhbər şəxlərinə FDP-ın təqdim edilməsi:
*biznes/maliyyə dayanıqlılığı – AFM-ın maliyyə-biznes analitikləri tərəfindən son 2 ilin əsas maliyyə hesabatların (balans, mənfəət zərər və pul vəsaitlərin hərəkəti) təhlili əsasında müəyyən ediləcəkdir.
2. Hər bir şirkət üzrə yerli və qlobal bazarlarda milli françayzinq brend kimi böyümə potensialının artırılması yönümlü tədbirlərin görülməsi,
3.Hər bir milli françayzinq brendin böyüməsi üçün yerli və xarici bazarlarda marketplacelərdə tanıdılması,
4. Regionun aparıcı françayzinq tədbirlərində (sərgi,forum və s.) milli françayzinq brendlərin təqdim edilməsi.
ARAYIŞ ÜÇÜN MƏLUMATLAR:
Maraqlı statistika: Qabaqçıl dünya təcrübəsind françayzinq ekosistemində
- Dünyada 2 milyon franşıza, 60 biznes sahədə, 19 milyonluq işçisi ilə ~4 trilyonluq dövriyyəli bazarda milli brendlərimiz cəmi 2-dir (AzGranata və Embawood),
- Qitələr arasında françayzinq sayılar üzrə bölgüsündə ilk 2 yerdə Amerika və Asiyadır,
- Rusiyada son 15 illər üzrə franşıza və artım tendensiyası. Hazırda 3000 + brend var.
- Qazaxstanda 2002-ci ildə françayzinq fəaliyyəti müvafiq qanunvericiliklə tənzimlənir.
İstinadlar:
- R. Prezidentinin 2022-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”
- “Lisenziyalaşma/Françayzinq Haqqında Qazaxstan Respublikasının Qanunu (2002-ci il tarixli )https://online.zakon.kz/Document/?doc_id=1031861
Dünya Françayzinq Statistikası. https://franchise.co.nz/articles/3052-franchising-worth-1-75-trillion-globally/ - DSK, “Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq statistik məcmuə – 2022”
- Ümumdünya Françayz Şurası (World Franchise Council) FRANCHdata.org
- Rusiya Françayzinq portal Franshiza.ru
- Qazaxstanda françayzinq: https://topfranchise.ru/stati/osobennosti-franchajzinga-v-kazahstane/