“KOB Dostu” şəbəkəsi genişləndirilir

Artıq Şirvan şəhərində də “KOB Dostu” fəaliyyətə başlayıb. 

Şirvan şəhərində, eləcə də ona yaxın ətraf bölgələrdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri və öz biznesini qurmaq istəyən potensial sahibkarlar biznes fəaliyyəti ilə bağlı dəstək və xidmətlər üçün Şirvan “KOB Dostu”na müraciət edə bilərlər.

Şirvan “KOB Dostu” ofisi Şirvan Gənclər Mərkəzində yerləşir.

Digər KOB dostları kimi Şirvan “KOB Dostu” da iqtisadi rayonda yeni KOB-ların yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edəcək, bu məqsədlə mövcud dövlət dəstəyi mexanizmləri və Agentliyin xidmətləri (informasiya, məsləhət, hüquqi yardım, dövlət və özəl qurumlarla əlaqəndirmə və s.) çərçivəsində sahibkarlara zəruri dəstək göstərəcək, KOB-ların maraqlarının müdafiəsi, qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görəcəkdir. Həmçinin, Şirvan “KOB Dostu” sahibkarların inkişaf ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənəcək, KOB-lara göstərilən dəstək və xidmətlərin təkmilləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi məqsədilə monitorinqlər aparacaqdır. 

Hazırda ölkənin 21 şəhər və rayonunda 26 “KOB Dostu” fəaliyyət göstərir. 2021-ci il ərzində Salyan, İsmayıllı, Hacıqabul, Sabirabad, Göyçay və digər şəhər və rayonlarda da KOB dostlarının fəaliyyətə başlaması nəzərdə tutulur.

Related posts

İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Ukraynanın Azərbaycandakı səfiri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Qanunvericiliyə edilən dəyişikliklər mobillik sahəsində effektiv tənzimlənmənin tətbiqinə şərait yaradır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı