Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Xaçmazda - BBN

“KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Xaçmazda

Xaçmaz “KOB FEST”ə qatılmaq istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri oktyabrın 22-dək KOBİA-ya müraciət edə bilərlər.

25-27 oktyabr tarixlərində Xaçmaz şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək yarmarkaya qatılmaqla KOB subyektləri istehsal etdikləri məhsul və xidmətləri geniş istehlakçı auditoriyasına tanıda, satış imkanlarını artıra və yeni biznes əlaqələri qura biləcəklər.

Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Xaçmaz və ətraf bölgələrdən olan KOB subyektləri oktyabrın 22-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Xaçmaz” qeyd olunmalıdır).

Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.

Related posts

AMB və QMAMTYM əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Avropa Mərkəzi Bankı: Avrozonada inflyasiya fevralda hədəfə yaxınlaşıb, lakin enerji qiymətləri risk yaradır

Güclü dollar qızılı təzyiq altında saxlayır: qiymətlər həftəlik enişə hazırlaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı