Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"KOB könüllüləri" bu dəfə çay yığımında iştirak ediblər - BBN

“KOB könüllüləri” bu dəfə çay yığımında iştirak ediblər

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Lənkəran “KOB Dostu” ofisinin və Lənkəran Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri İstisu qəsəbəsində çay yığımı prosesi ilə tanış olublar.

KOBİA-nın dəstək və xidmətlərindən yararlanmış “Yaşıl Çay” Fermer Təsərrüfatının fəaliyyəti ilə tanış olan könüllülər həmçinin çay yığımında iştirak etməklə bu sahədə praktiki bacarıqlar əldə edib, çayçılığın inkişafına ictimai dəstək nümayiş etdiriblər.

Qeyd edək ki, Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən “Yaşıl Çay” Fermer Təsərüfatı KOBİA-nın satış üzrə əlaqələndirmə, ekoturizm, yerli tərəfdaşların tapılması və sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri üzrə məsləhət xidmətlərindən istifadə edib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı