Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
KOB könüllüləri “Qarabağ üçün əl-ələ” ASAN İnnovativ Həllər Hakatonunda 2-ci yerin qalibi olub - BBN

KOB könüllüləri “Qarabağ üçün əl-ələ” ASAN İnnovativ Həllər Hakatonunda 2-ci yerin qalibi olub

Azərbaycan könüllüləri arasında 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Qarabağ üçün əl-ələ” adlı ASAN İnnovativ Həllər Hakatonu təşkil edilib.

“Azərbaycan Könüllü Təşkilatları İttifaqı” və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbir Qarabağın yenidən qurulması istiqamətində könüllülərin, gənclərin yeni ideya və həllərini ortaya çıxarmaq, onları bir araya gətirmək məqsədilə təşkil olunub.

Hakatonda 15 könüllü və gənclər təşkilatını təmsil edən 60 könüllü, o cümlədən Kiçik və Orta Bizensin İnkişafı Agentliyinin (KOBİA) KOB könüllüləri iştirak ediblər.

Hakaton çərçivəsində könüllülər bir sıra mərkəzlərin fəaliyyəti ilə tanış olub, sahə üzrə ekspertlərin iştirakı ilə keçirilən panel görüşlər və təlimlərdə iştirak ediblər.

Könüllülər həmçinin Qarabağın yenidən qurulması istiqaməti üzrə ideya müsabiqəsinə qatılıblar. KOB könüllülərinin “Qarabağ atları” (“Karabakh horse”) layihəsi müsabiqədə 2-ci yerə layiq görülüb. Layihə Qarabağ atlarının təbliğinə, özünüməşğulluğa və yerli məhsulların satışına dəstək üzrə 3 komponenti özündə birləşdirən mobil tətbiqin yaradılmasını nəzərdə tutur.

Müsabiqədə I yerin qalibi “SOCAR könüllüləri”, III yerin sahibi isə “RİİB könüllüləri” olub. Qaliblərə sertifikatlar və pul mükafatı verilib, təlim paketləri hədiyyə olunub.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı