KOB-ların maliyyələşdirilməsi məsələləri müzakirə edilib

“KOB-ların maliyyə resurslarına çıxışı onların inkişafı baxımından mühüm əhəmiyyət kəsb etməklə, sahibkarlara innovativ yeniliklər etmək, yeni bazarlara çıxmaq, daha effektiv fəaliyyət göstərmək və yeni iş yerləri yaratmaq imkanı verir. Aparılmış sorğu və araşdırmalar KOB-ların aşağı faizli kreditlərə, kredit zəmanətlərinə, kənd təsərrüfatı kreditlərinə daha çox ehtiyacının olduğunu göstərir. Dövlət tərəfindən investisiya qoyuluşu, lizinq və qrantlara da potensial tələb vardır”.

Bu barədə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasınının və “Paşa Bank” ASC-nin birgə təşkilatçılığı ilə keçirilmiş “KOB-lar üçün maliyyəyə çıxış” mövzusunda konfransdakı çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib. Qeyd olunub ki, Azərbaycanda KOB-ların maliyyəyə çıxışını yaxşılaşdırmaq üçün bir sıra dövlət dəstəyi tədbirləri həyata keçirilir, güzəştli kredit, zəmanət və digər bu kimi dəstəklər mövcuddur. Agentlik əsas fəaliyyət istiqamətlərindən biri kimi KOB-ların maliyyə resurslarına çıxışının dəstəklənməsi istiqamətində müvafiq işlər görür. Hazırda Agentlik KOB-lara daxili bazar araşdırmasının aparılması üçün maliyyə dəstəyi göstərir, onların təhsil, elm, tədqiqat və dəstək layihələrini maliyyələşdirir. Kreditlərin cəlb edilməsi üçün keyfiyyətli layihələrin və biznes planların hazırlanması məqsədilə sahibkarlar üçün Agentliyin KOB İnkişaf Mərkəzi tərəfindən ödənişsiz təlimlər keçirilir, onlara məsləhət və əlaqələndirmə xidmətləri göstərilir. Bundan başqa, Agentlik KOB-ların xarici ticarətlə bağlı maliyyə ehtiyacının qarşılanması üçün bir sıra uğurlu təşəbbüslər həyata keçirib. Hazırda KOBİA KOB-ların maliyyələşdirilməsi üçün yeni və alternativ maliyyələşdirmə mexanizmləri üzərində işləyir, KOB İnkişaf Fondunun yaradılması prosesi davam edir. 

Qeyd edək ki, dövlət və özəl sektorun, beynəlxalq təşkilatların iştirakı ilə təşkil olunmuş konfransda KOB-ların maliyyələşdirilməsi üçün mövcud dəstək mexanizmlərinə və bu sahədə görüləcək tədbirlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı