KOB-ların satış imkanları SAT Forumunda təqdim edilib

Biznes fəaliyyətinin mühüm istiqamətlərindən biri də məhsul və xidmətlərin satışı ilə bağlıdır. Sahibkarların bazarlara çıxışının dəstəklənməsi, satış imkanlarının genişləndirilməsi KOBİA-nın fəaliyyətinin prioritetlərindəndir və bu sahədə bir sıra dövlət dəstəyi tədbirləri Agentlik tərəfindən həyata keçirilir.

Bu barədə “Satışın təkamülü” mövzusunda SAT Forumunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verib. Qeyd olunub ki, sahibkarların satış bacarıqlarının və biliklərinin artırılması, məhsullarının daha geniş şəkildə tanıdılması və satış həcminin artırılması məqsədilə KOBİA tərəfindən müxtəlif dəstək tədbirləri həyata keçirilir. KOB-lar satış imkanlarının genişləndirilməsi və bazarlara çıxışa dəstək üçün Agentliyin KOB inkişaf mərkəzləri tərəfindən təşkil olunan satış və marketinq təlimlərindən, sərgi və yarmarkalarda iştiraka, ticarət şəbəkələrinə çıxışa və daxili bazar araşdırmasının aparılmasına dəstək mexanizmlərindən yararlana bilərlər. 

Related posts

ARDNF 2024-cü ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətini açıqladı

ARDNF-nin aktivləri 3,4% artaraq 58 000,6 milyon ABŞ dolları təşkil etdi

KOBİA nümayəndələrinin İspaniyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı