KOBİA ABŞ – Azərbaycan Ticarət Palatasına üzv qəbul edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ABŞ – Azərbaycan Ticarət Palatasına (USACC) üzv olub. 

Bu əməkdaşlıq KOBİA və ABŞ-ın KOB sahəsində fəaliyyət göstərən qurumları, eləcə də Azərbaycan və ABŞ iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə, birgə tədbirlərin və layihələrin icrasına xidmət edəcəkdir.

Qeyd edək ki, KOBİA və USACC 2019-cu ildən əməkdaşlıq edir. Bu müddət ərzində KOBİA və USACC-ın birgə təşkilatçılığı ilə Azərbaycan KOB-ları üçün bir sıra tədbirlər və təlimlər təşkil edilib. 

Məlumat üçün bildirək ki, KOBİA KOB-lara dəstək və xidmət sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, KOB-lar arasında əlaqələrin genişləndirilməsi, KOB-ların şəbəkələşməsinin dəstəklənməsi, birgə təşəbbüslərin reallaşdırılması üçün bir sıra yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaqdır.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı