KOBİA Bakıda Qırğız Respublikasının Ticarət Evinin açılmasında iştirak edib

Bakıda Qırğız Respublikasının Ticarət Evi açılıb. 

Bununla bağlı təşkil olunmuş tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında inkişaf edən ikitərəfli əlaqələrin biznes sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaratdığını qeyd edib. Vurğulanıb ki, Azərbaycanda Qırğız Respublikasının Ticarət Evinin açılması işgüzar əməkdaşlığın inkişafına töhfə verəcək, ticarətin artmasına müsbət təsir göstərəcəkdir. KOBİA sədri həmçinin, Agentliyin yerli və xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib. 

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı