KOBİA Böyük Britaniya ilə KOB-ların dəstəklənməsi sahəsində təcrübə mübadiləsinə hazırdır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mayın 20-də Bakıda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında təmsil olunub. 

Tədbirdə təqdimatla çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasındakı KOB sahəsində əməkdaşlıq perspektivlərinə və təcrübə mübadiləsinə dair fikirlərini bölüşüb, əlaqələrin genişləndirilməsi imkanlarına dair təkliflər səsləndirib. Qeyd olunub ki, Agentlik KOB sahəsində Böyük Britaniyanın müvafiq qurumları ilə əməkdaşlıq edir, bu sahədə əlaqələrin inkişafı üçün müxtəlif görüşlər və tədbirlər təşkil olunur. Agentlik KOB-lar üçün dəstək mexanizmlərinin tətbiqi sahəsində Böyük Britaniyanın uğurlu təcrübəsinin öyrənilməsinə maraq göstərir. 

KOBİA-nın fəaliyyəti və KOB subyektlərinə göstərilən dəstək və xidmətlər barədə məlumat verən KOBİA sədri Azərbaycanda startaplara dəstək məqsədilə Agentlik tərəfindən KOB subyktlərinə “Startap” şəhadətnaməsinin verildiyini diqqətə çatdırıb və startap sahəsində də iki ölkə arasında əməkdaşlıq üçün potensialın olduğunu vurğulayıb.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı