KOBİA-da koronavirusun yükdaşıma – logistika sektoruna təsirinin öyrənilməsi üçün sahibkarlarla görüş keçirilib

Koronavirus (COVİD-19) infeksiyasının daxili və beynəlxalq yükdaşımalarla məşğul olan Azərbaycan şirkətlərinin fəaliyyətinə təsirinin öyrənilməsi üçün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yükdaşıma – logistika şirkətləri ilə görüş keçirilib.

Görüşdə ölkədaxili və beynəlxalq yükdaşımalarla məşğul olan sahibkarlıq subyektləri ilə koronavirus epidemiyasının yükdaşıma – logistika sahəsinə təsiri, yaranmış problemlərdən çıxış yolları və sahibkarların gözləntiləri barədə müzakirələr aparılıb, təklifləri dinlənilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir və qlobal miqyasda baş verən proseslər ölkəmizə də təsir göstərir. Koronavirus infeksiyası ticarət, turizm, nəqliyyat, logistika kimi sektorlara təsir edə bilər. Yükdaşıma-logistika şirkətləri ilə keçirilən görüşün məqsədi də məhz bu təsirlər barədə sahibkarlardan ətraflı məlumat almaq, onlarla çıxış yollarını və təklifləri müzakirə etməkdir.

Görüşdə yükdaşıma – logistika şirkətləri bir çox ölkələrdə sərhədlərin bağlanması və ya ciddi rejimin tətbiq olunması səbəbindən yüklərin çatdırılmasında gecikmələrin olduğunu, daşımalarla bağlı müqavilə öhdəliklərini yerinə yetirə bilmədiklərini qeyd ediblər.

Görüşdə sahibkarlıq subyektləri tərəfindən səsləndirilən təkliflər ümumiləşdirilərək müvafiq qurumlara təqdim olunacaqdır.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı