KOBİA-da Misir şirkəti ilə görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Misirin inşaat və mühəndislik sahəsində fəaliyyət göstərən “Dorra” Şirkətlər Qrupunun İdarə Heyəti sədrinin müavini Məhəmməd Həsən Dorra ilə görüşüb.

Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimin iştirakı ilə keçirilmiş görüşdə Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, KOB-lara göstərilən dəstək mexanizmləri barədə məlumat verib, əməkdaşlıq imkanları müzakirə edilib. Qeyd olunub ki, Agentlik müvafiq sahədə fəaliyyət göstərən yerli KOB subyektləri və biznes assosiasiyaları ilə “Dorra” Şirkətlər Qrupu arasında əlaqələrin qurulmasına, birgə layihələrin reallaşdırılmasına dəstək göstərə bilər. Görüşdə həmçinin, Azərbaycanda fəaliyyət göstərən sənaye parklarında rezidentlər üçün yaradılmış əlverişli imkanlar və güzəştlər barədə məlumat verilib. 

“Dorra” Şirkətlər Qrupunun İdarə Heyəti sədrinin müavini Məhəmməd Həsən Dorra Azərbaycana investisiya qoyuluşu imkanları ilə bağlı səfər etdiklərini və bu məqsədlə bir sıra müvafiq qurumlarda görüşlər keçirəcəklərini, gələcəkdə işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələrdə iştirakda maraqlı olduqlarını qeyd edib, Agentliklə əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb. 

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı