KOBİA da Moskva hökumətinin nümayəndələri ilə görüş keçirilib

Moskva hökumətinin nümayəndələri ilə görüşdə işgüzar dairələr arasında əməkdaşlıq, KOB-lar arasında əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Moskva hökumətinin naziri, Moskva şəhərinin xarici iqtisadi və beynəlxalq əlaqələr şöbəsinin müdiri Sergey Çeremin və Moskva İxrac Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən Vitaliy Stepanov ilə görüşüb. 

Görüşdə hər iki ölkənin işgüzar dairələri və müvafiq qurumları ilə əməkdaşlıq, KOB-lar arasında əlaqələrin genişləndirilməsi imkanları, onların iştirakı ilə birgə tədbirlərin təşkili barədə fikir mübadiləsi aparılıb. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı