KOBİA-da Türkiyənin “Doğru Holdinq” və “Dedeman Holdinq”in nümayəndələri ilə görüş keçirilib

Türkiyənin “Dedeman Holdinq” və “Doğru Holdinq”i ilə görüşdə ölkəmizə biznes və investisiya qoyuluşu və yerli KOB-larla əməkdaşlıq imkanları müzakirə edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin “Doğru Holdinq”in İdarə Heyətinin sədri Bülent Doğru, “Dedeman Holdinq”in İdarə Heyətinin sədri Rıfat Şükrü Dedeman və “Dedeman Turizm”in İdarə Heyətinin sədri Banu Dedeman ilə görüşüb.

Görüşdə Azərbaycanda biznes və investisiya qoyuluşu, yerli KOB-larla əməkdaşlıq və xidmət sektorunun biznes imkanlarına dair fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə qeyd edilib ki, Türkiyənin tanınmış otel markası olan “Dedeman hotel” bu yaxınlarda Bakıda da fəaliyyətə başlayacaqdır.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı