Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
KOBİA daşıma sahəsində fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinə dəstək məqsədilə memorandum imzalayıb - BBN

KOBİA daşıma sahəsində fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinə dəstək məqsədilə memorandum imzalayıb

“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “TOBB UND Lojistik Yatırım AŞ” (TOBBUND), Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası (AGTL) və KOB Xarici İqtisadi Fəaliyyətinə Dəstək Operatoru (XİFDO) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

KOBİA-dan BBN.az-a bildirilib ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, TOBBUND-un baş direktoru Mehmet Uylukçu, XİFDO-nun icraçı direktoru Kamran Həbibov, AGTL-in icraçı direktoru Vüsal Qasımov imzalayıblar.

Anlaşma Memorandumunda Azərbaycan və Türkiyə daşıyıcılarının, bu sahədə fəaliyyət göstərən KOB-ların xarici iqtisadi fəaliyyətinə dəstək məqsədilə tədbirlər, o cümlədən tranzit və logistika sahəsində məlumat və təcrübə mübadiləsi, birgə tədbir və layihələrin hazırlanması və həyata keçirilməsi, işgüzar əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.

İmzalanma mərasimi çərçivəsində keçirilən görüşdə Anlaşma Memorandumundan irəli gələn məsələlər və əməkdaşlıq imkanları müzakirə edilib.

Related posts

Tramp polad, alüminium və mis idxalına 25% tarif tətbiq etdi

BİTKOİN ÇÖKÜŞDƏ: Trampın İran xəbərdarlığı kripto bazarını “qırmızıya” boyadı!

QLOBAL BAZARLARDA “FIRTINA” ƏVVƏLİ SAKİTLİK: Enerji qiymətləri və dollar indeksi necə dəyişir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı