KOBİA ilə KOSGEB və Ankara Ticarət Palatasının nümayəndələri arasında görüş keçirilib

KOSGEB və Ankara Ticarət Palatasının nümayəndələri ilə görüşdə Azərbaycan və Türkiyə iş adamları arasında biznes və ticarət sahəsində əməkdaşlıq perspektivləri müzkirə edilib.

Bakıda səfərdə olan Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) və Ankara Ticarət Palatasının nümayəndələri “Bakı KOB evi”ndə olublar.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ilə KOSGEB-in İdarə Heyəti sədrinin müavini Recep Kılınç və Ankara Ticarət Palatasının İdarə Heyəti sədrinin müavini Halil İbrahim Yılmaz arasında görüş keçirilib.

Görüşdə Agentlik tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verilib, Azərbaycan və Türkiyə iş adamları arasında biznes və ticarət sahəsində əməkdaşlıq perspektivləri, qarşılıqlı biznes missiyaların təşkili məsələləri müzkirə olunub.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı