Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə əməkdaşlığa dair 3 Anlaşma Memorandumu imzalayıb - BBN

KOBİA İtaliyanın müvafiq təşkilatları ilə əməkdaşlığa dair 3 Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Respublikası Prezidentinin İtaliya Respublikasına dövlət səfəri çərçivəsində Romada təşkil olunmuş İtaliya-Azərbaycan biznes forumunda kiçik və orta sahibkarlıq (KOB) sahəsində əməkdaşlıq perspektivləri də müzakirə edilib. Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında KOB sahəsində əlaqələrin genişləndirilməsi üçün potensialı diqqətə çatdırıb, KOB-lar arasında əlaqələrin  genişləndirilməsi məqsədilə birgə platformanın yaradılması, texnologiya və innovasiyalar üzrə layihələrin reallaşdırılması, investisiya layihələrinə dair məlumat mübadiləsi, Azərbaycan KOB-larının İtaliyaya tanışlıq səfərlərinin və təlimlərin təşkili, hər iki ölkənin KOB-larının iştirakı ilə Azərbaycanda birgə müəssisələrin yaradılması imkanlarıbı vurğulayıb.

Biznes forum çərçivəsində KOBİA və Kiçik ve Orta Müəssisələrin Beynəlxalq Şəbəkəsi (INSME) arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd Azərbaycan KOB-ları üçün İNSME-də təmsil olunan ölkələrin bazarlarına çıxış üçün imkanlar yaradan tədbirləri özündə ehtiva edir.

KOBİA ilə İtaliyanın Milli Mikrokredit Agentliyi və İtaliya Beynəlmiləlləşdirmə Agentliyi (“Promos İtaliya”) arasında imzalanmış anlaşma memorandumları isə KOB-lar üçün mikrokredit alətlərinin təşviqi mexanizmləri, innovativ kreditləşmə, ixraca dəstək tədbirləri, təlim və məsləhət xidmətlərinin təşkili, KOB-ların peşə bacarıqlarının artırılması, birgə layihələrin həyata keçirilməsi kimi istiqamətlərdə əməkdaşlığı ehtiva edir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı