KOBİA-nın dəstəyi ilə KOB-ların məhsul və xidmətləri “Rebuild Karabakh” sərgisində

“Rebuild Karabakh” sərgisində dövlət dəstəyi hesabına KOB-lar üçün ayrılmış xüsusi stenddə 14 sahibkarlıq subyektinin məhsul və xidmətləri təqdim olunur.  

Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Sərgisi (“Rebuild Karabakh”) öz işinə başlayıb.

Sərgidə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarını genişləndirilməsinə və yeni biznes əlaqələri qurmasına dəstək məqsədilə bu dəfə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təmin etdiyi dövlət dəstəyi hesabına KOB-lar üçün ayrıca stend qurulub.

Stenddə 14 KOB subyektinin kənd təsərrüfatı, sənaye, alternativ enerji, inşaat məhsulları, təmir, proqram təminatı, layihələndirmə və s. xidmətləri təqdim edilir.

Həmçinin stenddə KOBİA-nın və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun sahibkarlara göstərdiyi xidmətlər barədə məlumat verilir.

Qeyd edək ki, “Rebuild Karabakh” Sərgisi Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgidir. Sərginin məqsədi işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqəti çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir. Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Karabakh” Sərgisi ilə yanaşı, Bakı Ekspo Mərkəzində 28-ci Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild”),15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu (“Aquatherm Baku”) və 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (“Road&Traffic”) sərgiləri də keçirilir. Sərgilər oktyabrın 21-dək davam edəcəkdir.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı