KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi beynəlxalq assosiasiyaya üzv oldu

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) sahəsində ixtisaslaşmış təşkilatlardan olan Ümümdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyasına (WAPPP) üzv qəbul edilib.

WAPPP dünyanın müxtəlif ölkələrindən olan DÖST sahəsində fəaliyyət göstərən və ya əlaqəli olan təşkilatları və fərdi mütəxəssisləri birləşdirən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Assosiasiyanın başlıca məqsədi keyfiyyətli DÖST xidmətlərini təmin etmək üçün maarifləndirmə işləri aparmaq, bu sahədə fəaliyyət göstərən qurumlar arasında institusional şəbəkəni yaratmaq, onları dəstəkləməkdir. Beynəlxalq assosiasiya üzvlərinə müxtəlif təlimlər, məsləhət xidmətləri, kommunikasiya, təcrübə və məlumat mübadiləsi, digər resurslara çıxış imkanları təmin edir, texniki yardım və maliyyələşmə mənbələrindən istifadə imkanını dəstəkləyir.

Related posts

7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qeydiyyatına start verilib

İqtisadiyyat Nazirliyində “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı