KOBİA-nın rəhbərliyi skuter və “Green Energy” zavodlarında olub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və KOBİA-nın nümayəndələri “Sakuraz” Holdinqin Keşlə qəsəbəsində yerləşən skuter istehsalı zavodunda və “Sakuraz Green Energy” zavodunda olublar. 

Müəssisənin fəaliyyəti ilə yaxından tanışlıq zamanı məlumat verilib ki, zavodda ölkədə yeganə olan “Wingz” skuterləri istehsal olunur. Bu skuterlərdən bütün mərkəzi parklarda istifadə edilir. Skuterlərdən istifadə mobil proqram vasitəsilə həyata keçirilir və hazırda 130 mindən çox abunəçisi var. Holdinqin “Ezone” layihəsinin “EZRaider” kvadroskuterlərindən Yanardağ və Balaxanı ərazisində istifadə edilir. Bu skuterlər ekoloji cəhətdən təmiz turizmin inkişafı baxımından əhəmiyyətlidir. 

KOBİA rəhbərliyi həmçinin, “Sakuraz Green Energy” zavodunda olub. Burada avtomobil akkumulyatorları istisna olmaqla, bütün növ akkumulyator batareyalarının bərpası həyata keçirilir. KOBİA tərəfindən “Sakuraz Green Energy” şirkətinə müəssisəni fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilib. 

Görüş çərçivəsində şirkətin nümayəndələri ilə zavodların fəaliyyətinin genişləndirilməsinə, bu sahədə KOBİA-nın dəstəyinə dair fikir mübadiləsi aparılıb. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı