Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
KOBİA nümayəndələrinin İspaniyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirilib - BBN

KOBİA nümayəndələrinin İspaniyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirilib

Azərbaycan və İspaniyanın işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi üçün birgə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

KOB-lar arasında əməkdaşlığın, əlaqəli təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri İspaniyanın paytaxtı Madrid şəhərində səfərdə olublar.

Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin dəstəyi ilə baş tutan səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ilə İspaniyanın Sənaye və Turizm Nazirliyinin Sənaye strategiyası və KOB-larla iş üzrə direktoru Jordi Qarsia Brustenga, Ticarət Palatasının nümayəndələri, Biznes Təşkilatları Konfederasiyasının Beynəlxalq əlaqələr komissiyasının prezidenti Marta Blanko, İspaniya İxrac və İnvestisiya Təşkilatının (ICEX) “Invest in Spain” bölməsi üzrə direktor müavini Jesus Rubiera və Startaplar və KOB-lar üçün Maliyyələşdirmə Agentliyinin (ENISA) İdarə Heyətinin sədri Borja Kabezon arasında görüşlər keçirilib.

Görüşlərdə Azərbaycan və İspaniyanın işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi və mümkün əməkdaşlıq imkanları, o cümlədən ticarət əlaqələri, investisiya qoyuluşu, iş adamlarının iştirakı ilə birgə layihələrin icrası, ortaq tədbirlərin təşkili, KOB-lara göstərilən dəstək tədbirləri üzrə qarşılıqlı məlumat və təcrübə mübadiləsi müzakirə edilib. Həmçinin görüşlər zamanı KOB-ların bacarıqlarının artırılması üzrə birgə təlim və digər proqramların həyata keçirilməsi, maliyyəyə çıxış, innovativ təşəbbüslərin dəstəklənməsi və Azərbaycanda startaplar üçün dəstək alətlərinə dair fikir mübadiləsi aparılıb.

Related posts

Prezident İlham Əliyev: Azərbaycana üzərindən tranzitə tələbat artır

Tramp administrasiyası 16 ticarət tərəfdaşı ilə bağlı araşdırmalara başlayıb

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir.

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı