KOBİA Respublika Əczaçılarının 4-cü Konfransında təmsil olunub

Azərbaycan əczaçılarının konfransında bu sahədə mövcud vəziyyət, sektorun inkişaf perspektivləri və biznes imkanları müzakirə edilib. 

 

Respublika Əczaçılarının 4-cü Konfransı keçirilib. “Əczaçılar Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

 

Aidiyyəti dövlət qurumlarının, Milli Məclisin deputatlarının və əczaçılıq sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən konfransda əczaçılıq sektorunun vəziyyəti, inkişaf perspektivləri və çətinlikləri müzakirə edilib.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov əczaçılıq sektorunda fəaliyyət göstərən biznes subyektlərinə Agentliyin dəstəyi barədə məlumat verib. Qeyd edilib ki, əczaçılıq sahəsində çalışan biznes subyektləri KOBİA tərəfindən təmin edilən bir sıra dəstək və xidmətlərdən faydalana bilərlər. Agentliyin müxtəlif regionları əhatə edən KOB inkişaf mərkəzləri, KOB evləri və KOB dostu şəbəkəsi biznesin inkişafının bütün mərhələlərində sahibkarlara xidmət edən və təşəbbüslərinin reallaşdırılmasına dəstək olan infrastrukturlardır. Həmçinin, əczaçılıq sahəsində fəaliyyət göstərən biznes subyektləri KOBİA-nın daxili bazar araşdırması, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, “Startap” şəhadətnaməsi, sərgilərdə iştirak, klasterlərin yaradılması və s. istiqamətlərdə dəstək alətlərindən faydalana bilərlər.

Konfrans çərçivəsində “E-resept, qiymət siyasəti” və “Yerli dərman istehsalı biznesinin inkişafı” mövzularında panel müzakirələr təşkil edilib, iştirakçılar əczaçılıq məhsullarından ibarət sərgi ilə tanış olublar.

Related posts

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Rusiya ilə iqtisadi əlaqələr müzakirə olunub

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı