KOBİA sədri və Səudiyyə Ərəbistanının təhsil naziri, KOB Bankının sədri arasında görüş keçirilib – Foto

KOBİA sədri və Səudiyyə Ərəbistanının təhsil naziri, KOB Bankının İdarə Heyətinin sədri arasındakı görüşdə KOB subyektlərinin maliyyə resurslarına çıxışı, bu sahədə Azərbaycan və Səudiyyə Ərəbistanının təcrübəsinə dair fikir mübadiləsi aparılıb.

Ər-Riyad şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanının təhsil naziri, KOB Bankının İdarə Heyətinin sədri Yousef Al-Benyan ilə görüşüb.

Agentlikdən verilən məlumata görə, görüşdə KOB subyektlərinin maliyyə resurslarına çıxışı, bu sahədə Azərbaycan və Səudiyyə Ərəbistanının təcrübəsi və dəstək mexanizmləri barədə fikr mübadiləsi aparılıb, KOBİA-nın KOB-lara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı