Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
KOBİA: Şəkinin böyük turizm potensialı KOB-lar üçün əlavə üstünlüklər yaradır - BBN

KOBİA: Şəkinin böyük turizm potensialı KOB-lar üçün əlavə üstünlüklər yaradır

Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdimolunma mərasimi keçirilib.

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Şəkinin böyük turizm imkanlarının bölgədə fəaliyyət göstərən KOB subyektləri və potensial sahibkarlar üçün əlavə üstünlüklər yaratdığını vurğulayıb. Qeyd edilib ki, turizm sahəsində sahibkarlığın təşviq olunması KOBİA-nın fəaliyyət istiqamətlərindəndir və turizm yönümlü startap ideyası olan KOB-lar “Startap” şəhadətnaməsi almaq, eləcə də daxili bazar araşdırmasının aparılmasına maliyyə dəstəyinin göstərilməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Agentliyin Şəki şəhərində “KOB Dostu” və KOB İnkişaf Mərkəzi (KOBİM) fəaliyyət göstərir ki, onlar yeni KOB-ların yaranmasına və mövcud sahibkarların inkişafına, KOB-ların maraqlarının müdafiəsinə, dövlət dəstəyi mexanizmləri barədə sahibkarların məlumatlandırılmasına dəstək olur, biznes sahəsində bilik və bacarıqların artırılması üçün məsləhət və təlim xidmətləri göstərir.

Related posts

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı