Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
KOBİA Sakit Okean Aliyansı təşkilatının tədbirində təmsil olunub - BBN

KOBİA Sakit Okean Aliyansı təşkilatının tədbirində təmsil olunub

Aprelin 28-də Kolumbiya Respublikasının ölkəmizdəki Səfirliyinin təşkilatçılığı ilə “ADA” Universitetində Sakit Okean Aliyansı təşkilatının 10 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunub. Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirdəki çıxışında KOBİA-nın fəaliyyəti barədə məlumat verib, Agentliyin Alyansa üzv və təşkilatda müşahidəçi qismində təmsil olunan ölkələrin KOB sahəsində müvafiq qurumları ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, belə tədbirlərin bunun üçün əlverişli platforma olduğunu vurğulayıb.

Tədbirdə müvafiq ölkələrlə KOB sahəsində təcrübə mübadiləsinə, müxtəlif tədbirlərin və işgüzar missiyaların təşkilinə dair təkliflər də səsləndirilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı