Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
KOBİA və KOSGEB arasında görüş keçirilib - BBN

KOBİA və KOSGEB arasında görüş keçirilib

Türkiyəyə səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu ölkənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) rəhbəri Hasan Basri Kurt ilə görüşüb.

Görüşdə iki ölkə arasında KOB sahəsində əməkdaşlıq imkanlarına, Türkiyənin KOB sektorunda uğurlu təcrübəsinin Azərbaycanda tətbiqinə, birgə tədbirlərin və layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan bütün sahələrdə, o cümlədən KOB sahəsində dost və qardaş Türkiyə ilə əməkdaşlıq edir və bu istiqamətdə KOSGEB və KOBİA yaxın tərəfdaşlardır. Agentlik KOSGEB-in KOB-ların dəstəklənməsi, bilik və bacarıqlarının artırılması, maliyyəyə çıxışının asanlaşdırılması istiqamətlərində təcrübəsindən yararlanmaqda maraqlıdır, o cümlədən post pandemiya dövründə KOSGEB-in KOB-lara göstərəcəyi dəstək tədbirləri xüsusi maraq kəsb edir.

Görüşdə həmçinin, pandemiya dövründə KOB-ların elektron ticarət platformalarından istifadəsinin genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı