Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
KOBİA və “QazTrade” arasında əməkdaşlığa dair Memorandum imzalandı - BBN

KOBİA və “QazTrade” arasında əməkdaşlığa dair Memorandum imzalandı

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri çərçivəsində Bakıda Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının ilk iclası keçirilib. 

İclas çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi Səhmdar Cəmiyyəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi Səhmdar Cəmiyyətinin baş direktoru Əzəmət Əsgərulı imzalayıblar. Memorandumda ticarət məsələləri üzrə məlumat və təcrübə mübadiləsinə, birgə tədbirlərdə iştiraka dair məsələlər öz əksini tapıb. 

İşgüzar Şuranın iclasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında işgüzar əlaqələrin möhkəmlənməsində sahibkarların rolunu qeyd edib, İşgüzar Şuranın Azərbaycan və Qazaxıstan iş adamları arasında birbaşa əlaqələrin genişləndirilməsində, birgə layihələrin reallaşdırılmasında əhəmiyyətini vurğulayıb. Orxan Məmmədov həmçinin, KOBİA tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verib. 

Related posts

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı