KOBİA və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi arasında görüşdə dövlət-özəl və QHT-lərlə əməkdaşlığın inkişafı, agentliklər arasında əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva arasında görüş keçirilib.
KOBİA və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndələrinin də iştirak etdiyi görüşdə dövlət-özəl və QHT-lərlə əməkdaşlığın inkişafına, bizneslərin təşkilatlanması sahəsində birgə tədbirlərə, eləcə də agentliklər arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.