Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
KOBİA və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisi arasında əməkdaşlığa dair sənəd imzalanıb - BBN

KOBİA və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisi arasında əməkdaşlığa dair sənəd imzalanıb

Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisinin sədri Burak Dağlıoğlu tərəfindən imzalanmış sənəddə qarşılıqlı investisiya qoyuluşu və bu sahədə əməkdaşlığın həyata keçirilməsi üçün müvafiq təşkilatlar və qurumlar arasında danışıqların aparılmasına dəstəyin göstərilməsi, informasiya və qabaqcıl təcrübə mübadiləsi, investisiya fəaliyyəti sahəsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili kimi əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.

Video – https://video.azertag.az/site/video/108855

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı